| Haqqımızda | |
|
Müəyyən təklifləri nəzərdən keçirdikdən sonra irəli sürülən təkliflər arasında ən xoşa gələni məhz “MicroEnn Group” oldu. Bu adın necə yarandığını sizlərə aydın etmək üçün qeyd edək ki, ad Məhəmməd Mustafayevin “Micros” və Elnur Abdullayevin “Enno” ləqəbi altında daha əvvəllər də bu cür işlər (Dizayn, proqramlaşdırma, poliqrafiya və s.) görməsi ilə əlaqədar olaraq iki ləqəbin birləşdirilməsi nəticəsində yaradılıb. Beləliklə, “MicroEnn” adı hamı tərəfindən bəyənildi və iki nəfərin - Məhəmməd Mustafayev və Elnur Abdullayevin masa arxasında oturanları bir ad altında birləşdirmək istəyi nəzərə alınaraq adın arxasına “Group” sözü əlavə olunması təklifi qəbul olundu. Həmin gündən qrup şəklində böyük və kiçik həcmli bir çox işlər görməyə başladıq. Daha sonralar İT sahəsində müxtəlif işlərin emalı ilə məşğul olmağımızı nəzərə alaraq “MicroEnn Group” adının sonuna Production sözünün artırılması qərarına gəldik. Qeyd edək ki, yarandığı gündən MicroEnn Group Produciona Mutafayev Məhəmməd Hətəm oğlu rəhbərlik edir. Şirkətimizin yaradılmasının əsas məqsədlərindən biri də Azərbaycanın internet şəbəkəsinə keyfiyyətli və dünya standartlarına uyğun dizayn və proqramlaşdırma işləri əlavə etmək, Az-netin inkişaf etdirilməsində maksimum yaxından iştirak etməkdir. Şirkətimiz müxtəlif dizayn və proqramlaşdırma işləri ilə məşğul olur. Bunlardan Veb-dizayn, Veb-proqramlaşdırma, proqramlaşdırma, şirkət üslubu tərtibi, müxtəlif poliqrafiya işləri, reklam şitlərinin hazırlanması, loqotiplərin yaradılması və bu müstəvidə bir çox başqa işləri misal göstərmək olar. Şirkət olaraq biz – “MicroEnn Group Production” MMC sifarişçinin maksimum razı qalmasına çalışırıq. Belə ki, biz sifarişçi tərəfindən gələn bütün təklif və iradlara tam açıq bir şəkildə iş aparırıq. |
2003-cü il idi. Konkret tarix yadımızda olmasa da, həmin gün edilən söhbətlər hamımızın eynilə yadındadır. Belə ki, biz - indiki MicroEnn Group Production MMC-nin yaradıcı heyəti Şəki şəhərində park kafelərinin birində çay masası arxasında əyləşmişdik. Dizayn və İT sahəsində iş görmə potensialına malik olsaq da, hamımız öz maraq dairəmizə aidiyyatı olmayan işlərlə məşğul olurduq. Təbiidir ki, bu da işimizə iki əllə sarılmağa əngəl idi. Ona görə də biz öz işimizi qurmaq üçün idea axtarışında idik. Bir sıra müzakirələrdən sonra yaradıcı heyətimizin üzvlərindən biri Elnur Abdullayev belə bir təklif irəli sürdü: “Gəlin bir ad altında birləşək və öz dizayn studiyamızı yaradaq”. Bu fikir Məhəmməd Mustafayev başda olmaqla masa ətrafında oturan hər kəsin xoşuna gəldi. Amma studiyaya münasib bir ad tapmaq lazım idi.