• İnternet-kataloqlar
  • Vizit-Saytlar
  • Promo-sayt
  • Korporativ saytlar
  • Loqotiplər

Çoxsaylı məhsul təqdim edən şirkətlər üçün qurulan korporativ sayt növləridirlər. Belə saytların yaradılması zamanı maksimum rahatlıqla rubrika və alt rubrikalara məhsulların əlavə edilməsi və ya silinməsi, müxtəlif məhsul kateqoriyalarının yaradılması, məhsulun təsvirinin yazılması və s. üçün xüsüsi proqram təminatına ehtiyyac yaranır.

Bundan başqa, saytda müxtəlif təqdimatlar, fotoşəkillər, sənədlər, məsul və ya xidmətlərin qiymətləri kimi informasiyaları qeyd edə bilərsiniz. Ziyarətçilər təyin olunmuş e-poçt ünvanı vasitəsi ilə sifariş vermə imkanı əldə edirlər hansı ki, şirkən meneceri bütün bünlara nəzarət edirək rahat iş aparır.

Belə kataloqların tərtibindən sonra çağız kataloqlara və təbliğat üçün gərəkli müxtəlif çap məhsularına olan ehtiyac olduqca azalır və müştərilər lazımi məhsulu rahatlıqla tapma imkanı əldə edirlər.

Bu saytlar başlanğıc səviyyəli saytlar hesab olunur. Belə saytlar dir qayda olaraq bir-beş səhifədən ibarət olurlar. Daha az informasiyalı, az kontentli və qısa məhsul tanıtımı ilə əlaqə məlumatlarını özündə cəmləşdirirlər.

Bu növ saytların yaradılması nisbətən daha ucuz başa gəlir. Belə ki, Vizit-sayt üçün xususi kontent idarə emə sisteminə (CMS) ehtiyyac qalmır və belə saytın hazırlanması üçün cəmi bir neçə gün tələb olunur.

Belə saytlar hər hansı bir məhsul və ya xidməti təbliğ (Reklam) etmək üçün nəzərdə tutulur.  Belə resursun yaradılmasında ən mükəmməl dizayn və naviqasiya stillərindən istifadə olunur. Eyni zamanda bir-necə proqram modulunun da qoşulması zərürəti yarana bilər.

Promo-saytların effektivliyi yalnız güclü təbliğat (Reklam) kompaniyalarının aparılması (Banner, KİV və s.) zamanı özünü göstərir. Belə olduqda rahatlıqla məhsul və ya brendinizi təbliğ edə bilərsiniz. Həmçinin promo saytı kompak informasiya vasitəsi kimi də istifadə etmək mümükündür.

Belə saytlar hər-hansı bir şirkətin internet üzərindən müxtəlif xidmətlər göstərməsi və müştəri cəlb etməsi üçün effektiv alətdirlər. Sayt vasitəsi ilə müştərilərə xidmət və ya məhsul haqında tam məlumat verilir. Adətən korporativ resurslarda şirkət personalının müştərilərlə interaktiv əlaqə yaratması üçün müxtəlif növ sistemlər qurulur.

Bütün bunlardan əlavə olaraq sifarişçi özü təyin etdiyi məlumatları təqdim olunan idarəetmə paneli vasitəsi ilə sayta yerləşdirə bilər.

Şirkət və ya biznes təbliğı üçün çox şeyın başlanğıcı hesab edilir. Müxtəlif reklam çarxlarında, təqdimatlarda, şitlərdə, məktublarızda və s. kimi yerlərdə loqotip şirkətinizi tanıdan və təmsil edən çox təsirli bir tərtibatdır. Yayılan məlumatlara görə bəzi sifarişkilər portfoliodan əvvəl icraçı şirkətin loqotipini dəyərləndirirlər. Bu o deməkdir ki, uğurlu tanıtım üçün ilk addım loqotipin tərtibatı olmalıdır. Loqotipin xüsusi hazırlanma mədəniyyəti və qaydaları oldugundan bu işi mütəxəssislərə həvalə etmək daha məqsədəuyğundur. Belə ki, yaxşı loqotip şirkətinizin nüfuzuna müsbət təsir göstərən bir elementdir. Sizin iştirak etmədiyiniz yerlərdə şirkətiniz haqda ilk təəsüratı məhz loqotip yaradır.

ŞİRKƏTİMİZİN İŞİNƏ VERİLƏN NÖVBƏTİ QİYMƏT
Çap

May ayının 17-də Bakı Gənc tamaşaçılar teatrında keçirilən “Netty 2010” milli internet müsabiqəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsini “MicroEnn Group Production”ın 3 üzvü təmsil etdi. Müsabiqədə www.sheki-ih.gov.az dövlət saytları arasında ilk dördlüyə daxil olmuş və ilin nominantı elan edilmişdir. Təntənəli mərasimdə “MicroEnn Group Production”ın üzvlərinə nominant sertifikatı və müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Beləliklə, 2-ci ildir ki, www.sheki-ih.gov.az saytı ilin nominantı adını qazanmışdır.

 

Your are currently browsing this site with Internet Explorer 6 (IE6).

Your current web browser must be updated to version 7 of Internet Explorer (IE7) to take advantage of all of template's capabilities.

Why should I upgrade to Internet Explorer 7? Microsoft has redesigned Internet Explorer from the ground up, with better security, new capabilities, and a whole new interface. Many changes resulted from the feedback of millions of users who tested prerelease versions of the new browser. The most compelling reason to upgrade is the improved security. The Internet of today is not the Internet of five years ago. There are dangers that simply didn't exist back in 2001, when Internet Explorer 6 was released to the world. Internet Explorer 7 makes surfing the web fundamentally safer by offering greater protection against viruses, spyware, and other online risks.

Get free downloads for Internet Explorer 7, including recommended updates as they become available. To download Internet Explorer 7 in the language of your choice, please visit the Internet Explorer 7 worldwide page.